Ana Sayfa > Karusel / Region > Türkiyəli nazir: Zəngəzur dəhlizi həyati əhəmiyyət kəsb edir

Türkiyəli nazir: Zəngəzur dəhlizi həyati əhəmiyyət kəsb edir


30-09-2025, 16:33. Yazar: Admin

Abdulkadir Uraloğlu

 

Türk Dövlətləri Təşkilatının Nəqliyyatdan Məsul Nazirlərinin 8-ci Toplantısında çıxış edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkib.

Qarabaginfo.az xəbər verir ki, nazir Zəngəzur dəhlizinin Qafqazda normallaşma prosesində həyati rol oynadığını bildirib. 

“Regionumuz üçün digər xoş xəbər Zəngəzur bağlantısı vasitəsilə yeni imkanların açılmasıdır. Bu dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru nəqliyyatını təmin edəcək və bütün Türk dünyasını bir-birinə bağlayacaq mühüm addım olacaq. Eyni zamanda, bütün bölgə ölkələri bundan faydalanacaq”, – deyə o əlavə edib.


Geri dön