Ana Sayfa > Karusel / Sosial > Su şəbəkəsinə qoşulma ilə bağlı statistik göstəricilər açıqlanıb
Su şəbəkəsinə qoşulma ilə bağlı statistik göstəricilər açıqlanıb30-09-2025, 15:55. Yazar: Admin |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su şəbəkəsinə qoşulmaqla bağlı bütün mərhələlərin, yəni qoşulma xətlərinin layihələndirilməsi və digər prosedurların tam şəkildə elektron qaydada həyata keçirilməsi təmin olunub. İ.Bayramov qeyd edib ki, bu, həm şəffaflığı, operativliyi, dəqiqliyi, həm də vətəndaşların müxtəlif tələblərinin tam qarşılanmasını mümkün edir: “Ümumiyyətlə, rəqəmsal texnologiyalardan istifadə etməklə Agentlik göstərdiyi xidmətlərin elektronlaşdırılması, əlçatanlığın artırılması, şəffaflığın təmin olunması, eyni zamanda vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görür. Statistikaya nəzər salsaq, ilin əvvəlindən etibarən 8 245 müraciət qəbul olunub. Onların 58%-i iri şəhərlərin ərazisinə, 42%-i isə kənd və regional ərazilərə aiddir. Müraciətlərin həm əhali, həm də qeyri-əhali kateqoriyası üzrə qoşulmalarla bağlı olduğu qeyd edilməlidir. Ümumilikdə müraciətlərin 58%-i sırf əhali tərəfindən edilib”. İ.Bayramov deyib ki, vətəndaş müraciətlərinin sadələşdirilməsi məqsədilə yeni imkanlar yaradılıb: “Bununla yanaşı, “e-su” elektron portalı da istifadəyə verilib. Vətəndaşlar portaldan və onun mobil tətbiqindən istifadə edərək xidmətlərdən yararlana bilirlər. 9 ay ərzində portal vasitəsilə 10 328 elektron xidmət göstərilib və bu da əvvəlki dövrlərlə müqayisədə daha yüksək nəticədir”, - deyə İ.Bayramov əlavə edib. Geri dön |