Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Zelenskiyə dedim Rusiyaya güzəştə get, rədd elədi” –NATO-nun eks- baş katibi
Ana Sayfa > Karusel / Dünya > “Zelenskiyə dedim Rusiyaya güzəştə get, rədd elədi” –NATO-nun eks- baş katibi

“Zelenskiyə dedim Rusiyaya güzəştə get, rədd elədi” –NATO-nun eks- baş katibi


30-09-2025, 15:53. Yazar: Admin

 

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, o, Ukrayna prezidenti Vladimir Zelenskiyə əraziləri Rusiyaya güzəştə getməyi təklif edib. 

Qarabaginfo.az xəbər verir ki, NATO-nun keçmiş baş katibi bu barədə bazar ertəsi Norveçdə nəşr olunan “Mənim nəzarətim altında” adlı kitabında iddia edib. Stoltenberq görüşləri zamanı Zelenskini 1940-cı illərdə Finlandiyanın etdiyi kimi ərazilərini verməyə çağırıb.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Stoltenberqin sözlərinə görə, Zelenski hər hansı ərazinin verilməsi ideyasını rədd edib. Kitabda qeyd olunur ki, zaman keçdikcə Zelenski və onun müşavirləri torpaqların verilməsi barədə düşünməyə başlayıblar. Onlar həmçinin təkid ediblər ki, Ukraynanın yeni ərazi reallıqları və təhlükəsizliyi NATO-ya üzvlük vasitəsilə təmin edilməlidir.


Geri dön