Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Almaniya kansleri Avropa İttifaqında “qiyam” qaldırıb
Ana Sayfa > Karusel / Dünya > Almaniya kansleri Avropa İttifaqında “qiyam” qaldırıb

Almaniya kansleri Avropa İttifaqında “qiyam” qaldırıb


30-09-2025, 12:41. Yazar: Admin

 

Avropa İttifaqı daxilində Almaniya ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında hakimiyyət uğrunda mübarizə başlayıb.

Qarabaginfo.az Bloomberg-ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Berlini yenidən Avropanın əsas qərar qəbuledici mərkəzinə çevirmək niyyətində olduğunu bəyan edib.

Kansler bu barədə son görüşlər zamanı digər sağ mərkəzçi liderlərə açıqlama verib. Görüşlərin birində iştirak edən diplomatın sözlərinə görə, Merzin nəzarəti ələ keçirmək niyyəti aydın nəzərə çarpıb. Bu mövqe onu fon der Leyenlə birbaşa ziddiyyətə salır.

Son illərdə fon der Leyen daha çox Brüssel yönümlü yanaşmanı təşviq edərək, Avropa Komissiyası daxilində gücünü birləşdirib. Bununla belə, Merz indi gücü yenidən Berlinə yönləndirməyə çalışır. O, fon der Leyeni ticarət siyasəti, Aİ büdcəsi, ətraf mühitlə bağlı təşəbbüslər və müdafiə məsələləri də daxil olmaqla bir sıra əsas sahələrdə açıq şəkildə tənqid edib.

“Fon der Leyen yavaş-yavaş Avropa İttifaqını federal gələcəyə doğru irəliləyərkən, Merz bu prosesi dayandırmaq, AB-nin əsas siyasətlərini yenidən nəzərdən keçirmək və milli hökumətlərin Brüssel bürokratiyası üzərində nəzarətini bərpa etmək istəyir”, – nəşrdə qeyd olunur.

Bir gün əvvəl Merz qeyri-müəyyən bir açıqlama verib. O, Berlinin artıq sülh şəraitində olmadığını söyləyib. Almaniya kansleri bildirib ki, bu bəyanat şok doğurmalıdır. O, Almaniya vətəndaşlarının indi “tamamilə fərqli bir dünyada” yaşadığını vurğulayıb.


Geri dön