Ana Sayfa > Karusel / Siyasət > Türkiyə səfirliyi: Azərbaycanla əlaqələrimizi pozmağa çalışan qüvvələrə qarşı mübarizə aparacağıq
Türkiyə səfirliyi: Azərbaycanla əlaqələrimizi pozmağa çalışan qüvvələrə qarşı mübarizə aparacağıq30-09-2025, 11:14. Yazar: Admin |
Türkiyənin Bakıdakı səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan “fake-news”larla bağlı məsələyə münasibət bildirib. Qarabaginfo.az-ın xəbərinə görə, Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə deyib ki, Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar. “Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, - o qeyd edib. Xatırladaq ki, son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır. Geri dön |