Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yol polisi keçiddən istifadə ilə bağlı sürücü və piyadalara müraciət edib - VİDEO
Ana Sayfa > Karusel / Cəmiyyət > Yol polisi keçiddən istifadə ilə bağlı sürücü və piyadalara müraciət edib - VİDEO

Yol polisi keçiddən istifadə ilə bağlı sürücü və piyadalara müraciət edib - VİDEO


29-09-2025, 14:11. Yazar: Admin

Yol polisi keçiddən istifadə ilə bağlı sürücü və piyadalara müraciət edib - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, müraciətdə deyilir:

"Paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yarana biləcək sıxlıqların, eyni zamanda baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə hərəkət sürətinin yüksək olduğu yollarda Bakı Şəhər DYP İdarəsi tərəfindən nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı nəqliyyat vasitələrini piyadaların minib-düşməsi üçün nəzərdə tutulmayan yerlərdə, avtobus dayanacağında və yolun hərəkət hissəsinin ikinci zolağında saxlayan sürücülərlə marrifləndirici söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının inzibati məsuliyyətlə yanaşı hərəkət intensivliyinin yüksək olduğu yollarda yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, sıxlığın yaranmasına və qəzaların baş verməsinə real zəmin yaratması onların diqqətinə çatdırılıb.

Yol hərəkətinin müdafiəsiz iştirakçıları olan piyadalara yolun hərəkət hissəsinə çıxmamaları, onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan keçidlərdən istifadə etməyi və müəyyən edilmiş yerlərdən kənar avtomobillərə minib-düşməməklə bağlı tövsiyələr verilib.

Xoşagəlməz halların baş verməməsi üçün bütün bunları nəzərə alaraq sürücü və piyadlardan yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altına atmamalarını xahiş edirik".


Geri dön