Ana Sayfa > Karusel / Dünya > Zelenski: İsrailin “Patriot” sistemi bir aydır Ukrayna səmasını qoruyur
Zelenski: İsrailin “Patriot” sistemi bir aydır Ukrayna səmasını qoruyur29-09-2025, 07:49. Yazar: Admin |
İsrail Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi təhvil verib və sistem artıq bir aydır ki, Ukrayna səmasını qoruyur. Ukrayna bundan başqa daha iki sistem gözləyir. Qarabaginfo.az xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb. "İsrailin sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. O artıq bir aydır işləyir. Payızda iki “Patriot” sistemi alacağıq. Gəlin bunu edək və mən “Patriot” haqqında daha heç nə deməyəcəyəm", - Zelenski deyib. Agentlik qeyd edir ki, növbəti iki “Patriot”un alınması İsraildən deyil, digər tərəfdaşlardan, çox güman ki, Almaniyadan olacaq. Geri dön |