Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Mask Epşteynin adasını ziyarət etmək dəvətindən imtina etdiyini deyib
Mask Epşteynin adasını ziyarət etmək dəvətindən imtina etdiyini deyib28-09-2025, 09:29. Yazar: Admin |
İlon Mask əvvəllər uşaq təcavüzünə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin adasına səfər etmək dəvətindən imtina etdiyini deyib. Qarabaginfo.az xəbər verir ki, bu barədə o öz “Facebook” hesabında məlumat verib. "Bu yalan hekayəni təbliğ edən hər kəs nifrətə layiqdir. Epşteyn məni öz adasına getməyə məcbur etməyə çalışdı. Amma mən bundan imtina etdim", - Mask yazıb. Qeyd edək ki, Mask əvvəllər dəfələrlə ABŞ hökumətini işlə bağlı bütün materialları açıqlamağa çağırıb. Xatırladaq ki, Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar 2002-2005-ci illər arasında onun Manhettendəki evinə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın gətirildiyinə dair sübutların olduğunu bildiriblər. Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dan deyil, həm də bir çox başqa ölkələrdən, o cümlədən sabiq dövlət başçıları, tanınmış biznes liderləri və şou-biznes məşhurları, çoxlu sayda hazırkı və təqaüddə olan məmurlar var idi. ABŞ-da maliyyəçinin cinayət 2019-cu il avqustun 10-da həbsxana kamerasında intihar etməsi ilə dayandırılıb. Geri dön |