Ana Sayfa > Karusel / Dünya > Ukraynanın bir çox bölgəsi Rusiya PUA-larının hücumuna məruz qalıb

Ukraynanın bir çox bölgəsi Rusiya PUA-larının hücumuna məruz qalıb


28-09-2025, 09:27. Yazar: Admin

Ukraynanın bir çox bölgəsi Rusiya PUA-larının hücumuna məruz qalıb

Rusiya ordusu Ukraynaya doğru “Şahed” kamikadze pilotsuz uçan aparatları buraxıb. Ölkənin bir çox bölgələrində hava hücumu xəbərdarlığı edilib, hava hücumundan müdafiə qüvvələri hazırlıq vəziyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 27-si saat 23:00 radələrindən başlayaraq Rusiya ordusu PUA-larla Ukrayna ərazisini hədəf alıb.

Məlumata görə Nikolayev, Odessa, Kirovoqrad, Zaporojye, Sumi, Xarkov, Dnepropetrovsk, Çerniqov və sair vilayətlərinin bir çox bölgələri PUA-larla hədəf alınıb.

Dağıntı və insan tələfatı ilə bağlı hələ ki, məlumat yoxdur.


Geri dön