Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Müvəqqəti işlər vəkili: ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır
Ana Sayfa > Karusel / Siyasət > Müvəqqəti işlər vəkili: ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır

Müvəqqəti işlər vəkili: ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır


Dünən, 16:53. Yazar: Admin

Emi Karlon

 

ABŞ və Azərbaycan 30 ildən artıqdır tərəfdaşdırlar.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon deyib.

O bildirib ki, ABŞ-la Azərbaycan birlikdə terrorizmlə mübarizə aparıb, enerji təhlükəsizliyini inkişaf etdirib və hər iki ölkə üçün rifah yaradıblar.

“ABŞ və Azərbaycan üçün həqiqətən tarixi bir anda burada olmaq mənim üçün şərəfdir. Ağ Evdə 8 avqust tarixində sülh razılaşması təşəbbüsünün irəli sürülməsi Cənubi Qafqaz regionu üçün cəsarətli yeni səhifənin başlanğıcını qoydu”, - diplomat qeyd edib.

Emi Karlon vurğulayıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulmasına yardım etməyə sadiqdir: “Bu sülh yolunu möhkəmləndirməklə biz Cənubi Qafqazın ticarət, tranzit və enerji mərkəzi kimi böyük potensialını açırıq. Bu da gələcək iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir”.

 


Geri dön