Ana Sayfa > Karusel / Dünya > Zelenski: Avropanın Rusiyanın hava məkanını pozmasına reaksiyası zəif olub

Zelenski: Avropanın Rusiyanın hava məkanını pozmasına reaksiyası zəif olub


26-09-2025, 14:12. Yazar: Admin

Ukrayna prezidenti Volodimir Zelesnki

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Avropa hava məkanını pozmasına münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Axios”a musahibəsində deyib.

Onun sözlərinə görə, Avropanın Rusiyanın hava məkanını pozmasına reaksiyası zəif olub.

“Çox zəif reaksiya. Hər şeyi vurmalı idilər. Əgər kimsə sənin torpaqlarındadırsa, xalqını öldürürsə, cavab verməlisən. Əgər reaktivlər sənin hava məkanındadırsa, onları bloklamalısan”, – Zelenski qeyd edib.


Geri dön