Ana Sayfa > Karusel / Siyasət > Paşinyan Moskvadan Nyu-Yorka gedir

Paşinyan Moskvadan Nyu-Yorka gedir


26-09-2025, 13:20. Yazar: Admin

Nikol Paşinyan

 

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvadan Nyu-Yorka gedir.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında bildirib.

Ermənistan liderinin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, Paşinyan 26-27 sentyabr tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq. Eyni zamanda, Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.

Qeyd edək ki, Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfər edib. O, ötən gün Moskvada “Beynəlxalq Nüvə Həftəsi” konfransında iştirak edib, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.


Geri dön