Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > DSK: DİM göstəricilərinin hazırlanması böyük resurs tələb edir
Ana Sayfa > Karusel / İqtisadiyyat > DSK: DİM göstəricilərinin hazırlanması böyük resurs tələb edir

DSK: DİM göstəricilərinin hazırlanması böyük resurs tələb edir


Dünən, 11:15. Yazar: Admin

DSK: DİM göstəricilərinin hazırlanması böyük resurs tələb edir

Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə göstəricilərin statistikası əvvəlki dövrlərlə müqayisədə daha çətin və məsuliyyətlidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib.

O bildirib ki, DİM göstəricilərinin hazırlanması mürəkkəb və böyük resurs tələb edən işdir:

“Çünki məlumatlar cins, yaş qrupu, miqrasiya statusu, yaşayış yeri, əlillik, gəlir səviyyəsi, təhsil dərəcəsi, etnik mənsubiyyət kimi göstəricilər üzrə toplanılmalıdır. Bu məlumatların əksəriyyəti yalnız sorğu yolu ilə əldə edilir və inzibati mənbələrdə mövcud deyil”.


Geri dön