Tacikistanın 60 nəfərlik nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Qarabaginfo.az xəbər verir ki, eyni zamanda, 15 nəfərdən ibarət Özbəkistan nümayəndə heyəti də Bakıya gəlib. Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.