Ana Sayfa > Karusel / Qarabağ > Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi

Vətən müharibəsində şəhid olan əsgər Sumqayıtda dəfn edildi


26-12-2020, 18:15. Yazar: Admin

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan əsgəri dəfn edilib.

Qarabaginfo.az xəbər verir ki, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifov Hüseyn İsaq oğlunun nəşi bu gün ailəsinə təhvil verilib.

Şəhid əsgər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, H.Yusifov sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da danışıb. Həmin vaxtdan əsgərin taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub. "Report 

 

 

 

"


Geri dön