Ana Sayfa > Karusel / Qarabağ > Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək türk hərbçilər 

Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək türk hərbçilər 


26-12-2020, 17:06. Yazar: Admin

 

Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək türk hərbçilər

 

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Qarabağda atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri də Azərbaycana gəlib.

Qarabaginfo.az NTV-yə istinadən xəbər verir ki, Ağdamda yerləşəcək mərkəzdə Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Həm rus qoşunlarının quru patrullarından alınan məlumatlar, həm də pilotsuz uçuş aparatları vasitəsi ilə bölgədəki son vəziyyətə dair məlumatlar ümumi mərkəzdə araşdırılacaq.

Bölgədəki yoxlamalardan əlavə, Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım və minalardan təmizlənmə fəaliyyətlərində də iştirak edəcəklər.

Qeyd edək ki, ilkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Gələcəkdə isə Mərkəzdəki Türkiyə hərbçilərinin sayı 60 nəfər olacaq. 


Geri dön