Ana Sayfa > Karusel / Dünya > İqor Krasnov Rusiya Ali Məhkəməsinin sədri təyin edilib

İqor Krasnov Rusiya Ali Məhkəməsinin sədri təyin edilib


24-09-2025, 12:36. Yazar: Admin

İqor Krasnov

 

Rusiya Federasiya Şurası İqor Krasnovu Rusiya Federasiyası Ali Məhkəməsinin sədri təyin edib.

Qarabaginfo.az xəbər verir ki, qərar yekdilliklə qəbul edilib. 

Qeyd edək ki, İqor Krasnov 2020-ci ildən Rusiyanın Baş prokuroru vəzifəsində çalışıb. Onu bu vəzifədə prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan əvəz edəcək. Federasiya Şurası onun təyinatına daha sonra baxacaq.


Geri dön