Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan daha bir ölkə ilə vizanı qismən ləğv edir
Azərbaycan daha bir ölkə ilə vizanı qismən ləğv edir24-09-2025, 10:40. Yazar: Admin |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib. “Həmkarım, Qvineya-Bisaunun xarici işlər naziri Karlos Pinto Pereyra ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşməkdən məmnunam. Biz ikitərəfli əməkdaşlığı, siyasi dialoqu genişləndirmək və çoxtərəfli güclü əlaqələr qurmaq yollarını müzakirə etdik. Görüş zamanı biz “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş”i imzaladıq”, - nazir qeyd edib. Geri dön |