Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb
Ana Sayfa > Karusel / Təhsil > Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb

Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb


23-09-2025, 15:24. Yazar: Admin

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai Təhsil Fakültəsində fəaliyyət göstərən kitabxana rektor Cəfər Cəfərovun təşəbbüsü ilə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib. Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat bir mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinə direktoru Zinharə Həsənovanın verdiyi məlumata görə, kitabxanada müxtəlif xarici dillərdə nəşrlər yer alıb. Kitablar əsasən elmi ədəbiyyət, ixtisas kitabları, bədii ədəbiyyat və tədrisə uyğun digər nəşrlərdən ibarətdir.

Zinharə Həsənova gələcəkdə oxu zalında kitab təqdimatlarının, müəlliflərlə görüşlərin və sərgilərin təşkil ediləcəyini bildirib.

İbtidai Təhsil Fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova və fakültə əməkdaşları yenidən bərpa olunan kitabxana ilə tanış olublar.

Dekan bildirib ki, kitabxana fakültənin elmi və tədris fəaliyyətində mühüm rol oynayır və tələbələr üçün bilik məkanı olmaqla yanaşı, onların intellektual inkişafına da töhfə verəcəkdir.

Universitet rəhbərliyinin iştirakı ilə yaxın günlərdə kitabxananın açılışı olacaq.Pedaqoji Universitetdə yeni oxu zalı yaradıldı - FOTOLAR

  • Pedaqoji Universitetdə yeni oxu zalı yaradıldı - FOTOLARPedaqoji Universitetdə yeni oxu zalı yaradıldı - FOTOLAR

Geri dön