Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > TƏCİLİ: Trampın helikopterinə HÜCUM – Saxlanılan var
Ana Sayfa > Karusel / Dünya > TƏCİLİ: Trampın helikopterinə HÜCUM – Saxlanılan var

TƏCİLİ: Trampın helikopterinə HÜCUM – Saxlanılan var


23-09-2025, 13:56. Yazar: Admin
TƏCİLİ: Trampın helikopterinə HÜCUM – Saxlanılan var

Vaşinqtonda ABŞ prezidenti Donald Trampı daşıyan “Marine One” helikopteri lazer göstərici ilə hücuma məruz qalıb.

Bu barədə NBC məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı ABŞ Məxfi Xidməti bir nəfəri saxlayıb.

İstintaqın məlumatına görə, lazer pilot üçün qəfil korluq və oriyentasiya itirməsi riski yaradıb, bu isə havada toqquşmaya səbəb ola bilərdi.

Saxlanılan şəxsin Ceykob Samuel Vinkler olduğu müəyyən edilib.

Onun üzərindən bıçaq tapılıb. Dindirmə zamanı Vinkler qoyulan qadağadan xəbərsiz olduğunu, lazer göstəricisindən yol nişanlarını işıqlandırmaq üçün istifadə etdiyini iddia edib.

Onu 5 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir.

Musavat.com


Geri dön