Ana Sayfa > Karusel / Sosial > AzTV-nin binasında uçqun olub, dağıntılar altında qalan var

AzTV-nin binasında uçqun olub, dağıntılar altında qalan var


25-12-2020, 22:18. Yazar: Admin

 

AzTV-nin binasında uçqun olub, dağıntılar altında qalan var

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

Geri dön