Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan “Sənaye 4.0” təhsil mərkəzi ilə bağlı xarici şirkətlərlə müqavilələr imzalayıb
Azərbaycan “Sənaye 4.0” təhsil mərkəzi ilə bağlı xarici şirkətlərlə müqavilələr imzalayıb23-09-2025, 13:05. Yazar: Admin |
Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaratmağı planlaşdırırıq. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib. O bildirib ki, mərkəz sənaye üçün “bir pəncərə” modeli rolunu oynayacaq. “Universitet tələbələri bu proqrama qoşula, sahəyə gedib problemləri müəyyənləşdirə və yeni ideyalar irəli sürə bilərlər. Bu da sənaye və elm ekosistemini dəstəkləyəcək. Eyni zamanda, startaplar istehsalat şirkətlərinin problemlərinə əsaslanaraq yeni ideyalar təqdim edə biləcəklər”. Geri dön |