Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: HAMAS-ı terror təşkilatı kimi görmürəm

Ərdoğan: HAMAS-ı terror təşkilatı kimi görmürəm


23-09-2025, 10:42. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HAMAS-ı terror təşkilatı kimi deyil, müqavimət təşkilatı kimi qiymətləndirdiyini deyib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.

Ərdoğan HAMAS-ın əlindəki girovların azad olunmasını yalnız HAMAS-ın üzərinə yükləməyin yanlış olduğunu vurğulayıb və İsrailin Qəzzaya hücumlarını tənqid edib. 

Ərdoğan həmçinin HAMAS-ın İsraildən silah baxımından güclü olmadığını deyib:

 

“Ola bilərmi deyək ki, HAMAS silah baxımından İsraildən güclüdür? Xeyr, bu mümkün deyil. İsrail isə bu silahlardan qadın, uşaq, yaşlı fərq etmədən amansız şəkildə istifadə edir”.


Geri dön