Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb
Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb23-09-2025, 08:31. Yazar: Admin |
|
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib. Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib. Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Geri dön |