Ana Sayfa > Karusel / Gündəm > Adnan Əhmədzadənin vəkili danışdı

Adnan Əhmədzadənin vəkili danışdı


22-09-2025, 14:10. Yazar: Admin

 

DTX tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub. 

Bu, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

Qarabaginfo.az bildirir ki, Gununsesi.info-ya açıqlamasında Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.

Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: “Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.

“Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.


Geri dön