Ana Sayfa > Karusel / Gündəm > 2025-ci ilin ikinci Günəş tutulması başlayıb
2025-ci ilin ikinci Günəş tutulması başlayıb21-09-2025, 21:42. Yazar: Admin |
|
2025-ci ilin ikinci Günəş tutulması hadisəsi başlayıb. Qarabaginfo.az xəbər verir ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 23:43:04-də olacaq. Qeyd edə ki, tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq. Geri dön |