Ana Sayfa > Karusel / Gündəm > Zakir Həsənov “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncamın icrası ilə əlaqədar əmr imzalayıb
Zakir Həsənov “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncamın icrası ilə əlaqədar əmr imzalayıb25-12-2020, 15:27. Yazar: Admin |
Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb. Müdafiə Nazirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək. Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək. Geri dön |