Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi noyabrda 22% azalıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi noyabrda 22% azalıb


25-12-2020, 15:25. Yazar: Admin

 

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi noyabrda 22% azalıb

 

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 228,6 mln. manat həcmində ipoteka krediti verib ki, bu da illik müqayisədə 69,8 mln. manat və ya 43,9% çoxdur.

Azərbaycan Mərkəzi Bankından Qarasbaqinfo.az-a verilən məlumata görə, təkcə noyabr ayında dövlət xətti ilə 21,1 mln. manatlıq ipoteka kreditləri götürülüb ki, bu  da aylıq müqayisədə 4,4 mln. manat və ya 22,2% azdır.

Qeyd edək ki, İKZF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi yanvar-noyabrda 138,3 mln. manat bərabər olub. Bu, illik müqayisədə 35,7% azdır. Təkcə noyabrda 28,7 mln. manatlıq yenidən maliyyələşdirilmiş ipoteka kreditləri verilib ki, bu da aylıq ifadədə 1,2% azdır


Geri dön