Ana Sayfa > Karusel / Dünya > Tramp: ABŞ Avropanın Rusiyadan neft almasını dayandırmağa çalışır
Tramp: ABŞ Avropanın Rusiyadan neft almasını dayandırmağa çalışır21-09-2025, 09:38. Yazar: Admin |
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker Avropa müttəfiqlərinin Rusiyadan neft alışını dayandırılmasına çalışacaq. Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Virciniya ştatında ACI analitik mərkəzinin təşkil etdiyi tədbirdə danışıb. “Avropalılar Rusiyadan neft alır. Bu, baş verməməlidir, elə deyilmi?” – deyə Ağ Ev rəhbəri qeyd edib. Onun sözlərinə görə, Uiteker bu vəziyyətin uzun müddət davam etməsinə imkan verməyəcək. Geri dön |