Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Kərim Vəliyev Belqradda hərbi paradda - Fotolar
Kərim Vəliyev Belqradda hərbi paradda - Fotolar20-09-2025, 19:33. Yazar: Admin |
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə səfəri başlayıb. Qarabaginfo.az xəbər verir ki, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib. Səfər çərçivəsində general-polkovnik K.Vəliyev serbiyalı həmkarı ilə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb və Belqrad şəhərində keçirilən hərbi paradda iştirak edib. Tədbirlərdə Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev iştirak edib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri dön |