Ana Sayfa > Karusel / Dünya > Aİ liderlərinin görüşündə Ukraynaya dəstək və Rusiyaya təzyiq müzakirə olunacaq

Aİ liderlərinin görüşündə Ukraynaya dəstək və Rusiyaya təzyiq müzakirə olunacaq


Bu gün, 16:02. Yazar: Admin

Avropa Şurasının rəhbəri Antoniu Koşta

 

Avropa Şurasının Prezidenti Antonio Koşta oktyabrda 1-də Kopenhagen şəhərində Avropa İttifaqı liderlərinin qeyri-rəsmi görüşünü çağırıb. Görüşdə blokun müdafiəsinin gücləndirilməsi və Ukraynaya dəstək məsələləri müzakirə olunacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Aİ son vaxtlar Rusiya tərəfindən həyata keçirilən tədbirlər fonunda Ukrayna ilə birgə müdafiə qabiliyyətinin artırılmasını müzakirə etmək istəyir. Xüsusilə, Kremlin pilotsuz uçuş aparatlarının Polşa və Rumıniya hava məkanına daxil olması məsələsi diqqətdədir.

Antonio Koşta hesab edir ki, Rusiyanın hərəkətləri “Avropanın müdafiəsinin sürətləndirilməsi və gücləndirilməsi zərurətinə dair sərt xəbərdarlıqdır”.


Geri dön