Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Ümumdünya Poçt İttiffaqının strukturlarına üzv seçilib

Azərbaycan Ümumdünya Poçt İttiffaqının strukturlarına üzv seçilib


Bu gün, 15:30. Yazar: Admin

Azərbaycan Ümumdünya Poçt İttiffaqının strukturlarına üzv seçilib

18 sentyabr tarixində Ümumdünya Poçt İttifaqının Konqresinin 28-ci sessiyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası təşkilatın İnzibati Şurasının və Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüklərinə seçilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatında deyilir.

Seçkilər yüksək rəqabət şəraitində baş tutub. Təşkilatın İnzibati Şurasının 2026-2029-cu illər üzrə üzvlüyünə seçkilərdə 5 vakant yer uğrunda Azərbaycanla birgə 9 namizəd ölkə mübarizə aparıb. Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüyünə seçkilərdə 6 vakant yer üzrə ümumilikdə 10 namizəd ölkə arasında seçim edilib. Azərbaycan Respublikası səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini təmin edərək Ümumdünya Poçt İttiffaqının hər iki strukturuna üzv seçilib.

 

Poçt İttifaqının qeyd edilən strukturlarında təmsil olunmaq ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı beynəlxalq müstəvidə poçt siyasətinin formalaşdırılmasına təsir etmə, müasir poçt innovasiyalarına çıxış, qabiliyyət quruculuğu və texniki dəstək kimi sahələrdə qərarvermədə iştirak kimi əhəmiyyətli imkanlar yaradır.


Geri dön