Ana Sayfa > Karusel / Dünya > Umerov: Ukrayna-Rusiya danışıqları yalnız humanitar məsələlər üzrə davam edir
Umerov: Ukrayna-Rusiya danışıqları yalnız humanitar məsələlər üzrə davam edirBu gün, 15:24. Yazar: Admin |
Ukrayna və Rusiya arasında danışıqlar yalnız humanitar məsələlər üzrə davam edir. Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov CNN-ə müsahibəsində bildirib. O, hazırda Rusiya ilə əsir mübadiləsi mövzusunda danışıqların getdiyini deyib. Umerov müharibənin dayandırılmasının Rusiyadan asılı olduğunu vurğulayıb və əlavə edib ki, bu ilin sonuna qədər Rusiya Ukraynaya daha çox dronla - gündəlik 1000 dronla hücum etmək niyyətindədir. “Bu onu göstərir ki, Rusiyanın müharibəni bitirmək üçün ciddi niyyəti yoxdur”, - Umerov vurğulayıb. Geri dön |