Ana Sayfa > Karusel / Dünya > İsrailin müdafiə naziri Yəmən husilərinin liderini ölümlə hədələyib

İsrailin müdafiə naziri Yəmən husilərinin liderini ölümlə hədələyib


19-09-2025, 13:23. Yazar: Admin

İsrailin müdafiə naziri- İsrael Katz

 

İsrailin müdafiə naziri İsrael Katz Yəmənin Ənsarullah Hərəkatının liderini ölümlə təhdid edib.

Qarabaginfo.az xəbər verir ki, nazir Əbdülməlik əl-Husinin öldürüləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Əbdülməlik əl-Husi, sənin də vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və “Şər oxu”nun digər başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ rəngli bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”, - Katz “X” hesabında qeyd edib.


Geri dön