Ana Sayfa > Karusel / Dünya > Rusiya son sutkada Ukraynaya 90 zərbə dronu ilə hücum edib
Rusiya son sutkada Ukraynaya 90 zərbə dronu ilə hücum edibBu gün, 13:22. Yazar: Admin |
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı yeni PUA hücumlarına münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, Zelenski dünyanın sülhə çağırışlarına baxmayaraq, Rusiyanın bunu eşitmədiyini “Telegram” kanalında yazıb. Zelenskinin sözlərinə görə, dünən axşamdan etibarən Ukraynaya qarşı demək olar 90 zərbə dronu ilə hücum edilib, onların çoxunu Ukrayna hərbçiləri zərərsizləşdirib. Hücumlar Donetsk vilayəti, Kiyev regionu və paytaxt, Sumı, Xarkov, Çerniqov və Dnepropetrovsk bölgələrini əhatə edib. Hədəflər arasında Ukraynanın infrastrukturu və müəssisələri olub. Zelenski bildirib ki, “yenə də ruslar mülki şəxslərə hücum edirlər, halbuki bütün dünya, o cümlədən ABŞ sülhə çağırır”. “Biz Prezident Trampın qətllərin dayandırılması ilə bağlı mövqeyini eşitdik və diplomatiyaya yol açılması üçün bütün təklifləri qəbul etdik. Lakin görünür ki, Rusiyada bu mövqe eşidilmir”, - Ukrayna lideri vurğulayıb. Zelenski Ukraynanı gücləndirən proqramların, xüsusilə ABŞ-a təklif olunan genişmiqyaslı dron və silah alışı sazişlərinin daha fəal həyata keçirilməsini tələb edib. Geri dön |