Ana Sayfa > Karusel / Dünya > katz: Yəmənin paytaxtında İsrail bayrağı dalğalanacaq

katz: Yəmənin paytaxtında İsrail bayrağı dalğalanacaq


19-09-2025, 13:07. Yazar: Admin

İsrailin müdafiə naziri- İsrael Katz

 

İsrailin müdafiə naziri İsrael Katz Husilərin liderini təhdid edib.

Qarabaginfo.az xəbər verir ki, o özünün “X” hesabında Əbdül Məlik əl-Husinin öldürüləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Əbdül Məlik əl-Husi, sənin vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və şər oxunun başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”,- Katz qeyd edib.


Geri dön