Ana Sayfa > Karusel / Dünya > Almaniyada qaçqınların sayı son 14 ildə ilk dəfə azalıb

Almaniyada qaçqınların sayı son 14 ildə ilk dəfə azalıb


Bu gün, 12:15. Yazar: Admin

 

Almaniyadakı qaçqınların sayı 2011-ci ildən bəri ilk dəfə azalıb.

Qarabaginfo.az bildirir ki, Almaniya hökumətinin məlumatına görə, Almaniyada yaşayan qaçqınların ümumi sayı 2025-ci ilin ilk altı ayında təxminən 50 min nəfər azalaraq 3 milyon 545 min nəfərdən 3 milyon 495 milyon nəfərə düşüb.

Bu barədə dpa xəbər agentliyi Almaniya Nazirlər Kabinetinin Sol Partiyasının sorğusu əsasında təqdim etdiyi cavaba istinadən məlumat yayıb.

Bu qaçqınlar arasında müxtəlif yaşayış statusu olan, o cümlədən Ukraynadan olan qaçqınlar var. Hesabat göstərir ki, hazırda Almaniyada təxminən 492 000 nəfər qeyri-müəyyən statusa malikdir.

Sol Partiya hesab edir ki, qaçqınların sayının azalması deportasiyaların artması, Aİ sərhədlərinin möhkəmləndirilməsi və vətəndaşlığın qəbulu ilə bağlıdır.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə 83 150 Suriya vətəndaşı Almaniya vətəndaşlığını qəbul edib.


Geri dön