Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukrayna 7 qəsəbəni Rusiya ordusundan geri alıb
Zelenski: Ukrayna 7 qəsəbəni Rusiya ordusundan geri alıbBu gün, 16:21. Yazar: Admin |
Ukrayna ordusu Dobropillia istiqamətində əks-hücum əməliyyatlarına başlayandan bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə rus qoşunlarından geri alınıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat bölüşüb. “Addım-addım, cəngavərlərimiz torpaqlarımızı azad edir: əməliyyatın başlamasından bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə geri alınıb. 170 kvadrat kilometrlik ərazi və 9 qəsəbə işğalçılardan təmizlənib. 100-ə yaxın işğalçı əsir götürülüb və sadəcə son bir neçə həftədə ruslar minlərlə ölü və yaralı verib”,- Zelenski qeyd edib. Geri dön |