Ana Sayfa > Karusel / Siyasət > Əli Əsədov Bişkekdə Qırğızıstan Prezidenti ilə görüşüb

Əli Əsədov Bişkekdə Qırğızıstan Prezidenti ilə görüşüb


18-09-2025, 14:05. Yazar: Admin

Əli Əsədov Bişkekdə Qırğızıstan Prezidenti ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb.

Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.


Geri dön