Ana Sayfa > Karusel / Dünya > Von der Leyen: Aİ ABŞ-dan asılılığı azaltmalıdır

Von der Leyen: Aİ ABŞ-dan asılılığı azaltmalıdır


18-09-2025, 14:00. Yazar: Admin

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

 

Avropa İttifaqı ABŞ-dan asılılığını azaltmalıdır.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

O, ABŞ-ın yüksək tariflərinin Avropa İttifaqını öz əlaqələrini şaxələndirməyə məcbur etdiyini bildirib.

Von der Leyen cari ildə Hindistanla ticarət razılaşmasının imzalanacağını və Baş nazir Narendra Modinin bu məsələyə sadiq olduğu vurğulayıb.

“Biz Cənubi Afrika, Malayziya, Birləşmir Ərəb Əmirlikləri və başqaları ilə də danışıqlar aparırıq”,- Avropa Komissiyasının Prezidenti bəyan edib.


Geri dön