Ana Sayfa > Karusel / Səhiyyə > Həkim böyrək xəstəliklərinin gözlənilməz əlamətlərini açıqladı

Həkim böyrək xəstəliklərinin gözlənilməz əlamətlərini açıqladı


Bu gün, 16:26. Yazar: Admin

 

Böyrəklərlə bağlı gizli problemlər uzun müddət özünü göstərməyə bilər.

Qarabaginfo.az xəbər verir ki, İspaniyanın Sanitas-La-Moral universitet xəstəxanasının tibbi direktoru Pabro Turrion bəzi sadə, amma təhlükəli simptomlara diqqət çəkib.

Onun sözlərinə görə, xroniki yorğunluq və iştahanın itməsi böyrək funksiyalarının pozulmasına işarə edə bilər. Mütəxəssis bildirib ki, böyrəklər əsasən qanı süzməklə faydalı maddələri saxlayır və toksinləri orqanizmdən xaric edir.
Əgər bu proses pozularsa, bədəndə zərərli maddələr yığılır və ümumi sağlamlıq vəziyyəti pisləşir.

Turrion əlavə edib ki, topuq və ayaqlarda yüngül şişkinlik, sidiyin rəngində dəyişiklik və ya köpüklənmə də təhlükə siqnalı sayılmalıdır.
Onun fikrincə, insanlar çox vaxt bu əlamətləri yorğunluq və stresslə əlaqələndirir, nəticədə həkimə müraciəti gecikdirirlər.
Böyrək xəstəliklərinin vaxtında aşkar olunmaması isə ciddi fəsadlara səbəb ola bilər.

Mütəxəssis risk qrupuna yaşlı insanları, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkənləri, həmçinin irsi meyilliyi olanları daxil edib.
Həkim xəbərdarlıq edib ki, belə əlamətləri görməzlikdən gəlmək olmaz və erkən tibbi müayinələr həyat qurtara bilər.


Geri dön