Ana Sayfa > Karusel / Dünya > Avropa Komissiyası İsrailə qarşı tədbirlər planını irəli sürüb
Avropa Komissiyası İsrailə qarşı tədbirlər planını irəli sürübBu gün, 16:13. Yazar: Admin |
Avropa Komissiyası İsrail hökumətinə ikitərəfli dəstəyi dayandırır. Qarabaginfo.az xəbər verir ki, qurum bu barədə bəyanat yayıb. Bildirilib ki, bu qərar 2025-2027-ci illərdə İsrailə ayırılan dəstək vəsaitinə və qurumlararası əməkdaşlıq layihələrinə də təsir edəcək. Avropa Komissiyası İsrailin hərbi müdaxiləsindən sonra Qəzzadakı humanitar vəziyyətin pisləşməsi, humanitar yardımların bloklanması və İsrail hökuməti tərəfindən yeni qəsəbələrin salınması və ikidövlətli həll yolunun ciddi şəkildə ziyan görməsi səbəbindən İsrailə qarşı iqtisadi tədbirləri Avropa Şurasına təklif edib. “İsraillə güzəştli ticarətin dayandırılmasını, ekstremist nazirlərə və zorakılıq törədən qəsəbə sakinlərinə sanksiyaların tətbiq edilməsini, vətəndaş cəmiyyəti istisna olmaqla İsrailə qarşılıqlı dəstəyin dayandırılmasını təklif edirik”,- Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib. Komissiyanın irəli sürdüyü təkliflərin qəbul olunacağı təqdirdə, İsrail öz məhsullarının Avropaya prioritetli ixracatı imkanını itirəcək. Eləcə də, Avropa İttifaqının azad ticarət razılaşmasının olmadığı istənilən üçüncü bir ölkə kimi, gömrük vergisi ödəməli olacaq. Qeyd edək ki, Avropa ittifaqı israilin ən böyük ticarət tərəfaşıdır. 2024-cü ildə İsrailin dünya ilə ticarətinin 32%-i Avropa İttifaqının payına düşüb. 2024-cü ildə İsrail və Aİ arasında ticarətin ümumi həcmi 42.6 milyard avro təşkil edib. Geri dön |