Ana Sayfa > Karusel / Dünya > Merts: Məcburi sülh Putini növbəti hədəf axtarmağa ruhlandıracaq

Merts: Məcburi sülh Putini növbəti hədəf axtarmağa ruhlandıracaq


Bu gün, 13:26. Yazar: Admin

Almaniya kansleri Fridrix Mers

 

Sülh razılaşması Ukraynanın suverenliyi və ərazi bütövlüyü bahasına əldə olunmamalıdır.

Qarabaginfo.az  “Reuters“ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Bundestaqda bildirib.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin sərhədlərinin pozulması və Ukraynaya təzyiq - Kremlin strategiyasının bir hissəsidir.

Kansler diqqətə çatdırıb ki, Almaniya Kiyev üçün ədalətli sülhün tərəfdarıdır.

“Məcburi sülh, azadlıqdan məhrum sülh Putini sadəcə növbəti hədəf axtarmağa ruhlandıracaq”, - Merts əlavə edib.


Geri dön