Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib
Azərbaycanda milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilibBu gün, 12:43. Yazar: Admin |
Azərbaycanda avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Qarabaginfo.az-a verilən məlumata görə, qaimənin tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib. “Elektron əmtəə-nəqliyyat qaiməsi ölkədaxili yük daşımalarında yükgöndərənlə daşıyıcı arasındakı müqaviləni rəsmiləşdirir, yükün daşınmaya qəbulunu və çatdırılmasını təsdiqləyir”, - məlumatda bildirilir. Qeyd olunur ki, bütün sənədləşmə prosesi AYNA tərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır. Geri dön |