Ana Sayfa > Karusel / Cəmiyyət > Deputat: Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur

Deputat: Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur


17-09-2025, 10:06. Yazar: Admin

Arzuxan Əlizadə, Milli Məclisin deputatı

 

Məhkəmə qərarlarının icrası ilə bağlı problemlər mövcuddur.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, yaz sessiyası dövründə "Xüsusi icra məmurları haqqında" qanun da qəbul edilib: “Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bu, birbaşa bizim komitəyə aid məsələdir və xüsusi olaraq diqqətdə saxlanılmalıdır. Çünki adam işə bərpa olunması üçün məhkəməyə müraciət edir, uğur qazanır, amma məhkəmə qərarı icra olunmayanda problemlə üzləşir”.


Geri dön