Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Agentlik sədri saxta diplomlarla bağlı məsələyə münasibət bildirib
Ana Sayfa > Karusel / Təhsil > Agentlik sədri saxta diplomlarla bağlı məsələyə münasibət bildirib

Agentlik sədri saxta diplomlarla bağlı məsələyə münasibət bildirib


Bu gün, 12:45. Yazar: Admin

Agentlik sədri saxta diplomlarla bağlı məsələyə münasibət bildirib

"Əvvəllər şəhadətnamələr kağız daşıyıcıda təqdim olunurdu. Son bir neçə ildir bu sənədlər elektron formada verilir. Eyni zamanda, son illərdə aparılan rəqəmsallaşma siyasəti fonunda “myGov”a sənədi yerləşdirməsi vaxtı araşdırılır və araşdırma zamanı saxtalaşdırma hallarının şahidi oluruq".

Qarabaginfo.az xəbər verir ki, bunu APA-nın sualına cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə deyib.

O qeyd edib ki, bəzi vətəndaşlar müraciət edərək şəhadətnamələrin şəxsi kabinetdə əks olunmadığını bildirirlər:

“Araşdırmalar nəticəsində isə məlum olur ki, təqdim edilən sənəd saxtadır. Saxta diplomlar illər əvvəl müəyyən şəxslər tərəfindən təqdim olunub. Nəticədə vətəndaş bu prosesin qurbanına çevrilib. Biz bu halları araşdırırıq və çox vaxt belə sənədlərin saxta olduğu tərəfimizdən müəyyən edilir. Bu baxımdan, rəqəmsallaşma saxta diplom və şəhadətnamələrin üzə çıxarılmasına və bu cür halların qarşısının alınmasına dəstək verir”.


Geri dön