Ana Sayfa > Karusel / Təhsil > İbtidai sinif müəllimliyi üzrə xaricdə təhsil alanların 90%-i uğursuz nəticə əldə edib
İbtidai sinif müəllimliyi üzrə xaricdə təhsil alanların 90%-i uğursuz nəticə əldə edibBu gün, 11:51. Yazar: Admin |
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir. Qarabaginfo.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib. Tural Əhmədov həmçinin qeyd edib ki, “Mühəndislik” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 21 faiz təşkil edir. O bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişiəsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə əsasən, ümumilikdə 13 ixtisas göstəricisinə görə 89 nəfər imtahanda iştirak edib, onlardan yalnız 19 nəfəri (21%) uğurlu nəticə göstərib, digər 70 nəfəri isə (79%) uğursuz olub. Geri dön |