Ana Sayfa > Karusel / İqtisadiyyat > Gələn il əhalinin gəlirlərinin 97 mlrd. manatı ötəcəyi proqnozlaşdırılır
Gələn il əhalinin gəlirlərinin 97 mlrd. manatı ötəcəyi proqnozlaşdırılırBu gün, 11:27. Yazar: Admin |
2026-cı ildə Azərbaycanda əhalinin gəlirlərinin 97,4 milyard manat olacağı proqnozlaşdırılır. Qarabaginfo.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb Sənədə əsasən əhalinin gəlirləri 2027-ci ildə 105,3 milyard manata, 2028-ci ildə 113,4 milyard manata, 2029-cu ildə isə 123,2 milyard manata yüksələcək. Qeyd edilib ki, əhalinin xərcləri 2026-cı ildə 95,5 milyard manat, 2027-ci ildə 103,3 milyard manat, 2028-ci ildə 111,2 milyard manat, 2029-cu ildə isə 120,6 milyard manat səviyyəsində gözlənilir. Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 57 milyard 939,3 milyon manat təşkil edib. Geri dön |