Ana Sayfa > Karusel / Region > Ermənistan və Türkiyə emissarlarının növbəti görüşü Türkiyədə baş tuta bilər

Ermənistan və Türkiyə emissarlarının növbəti görüşü Türkiyədə baş tuta bilər


Dünən, 23:34. Yazar: Admin

Ermənistan və Türkiyə emissarlarının növbəti görüşü Türkiyədə baş tuta bilər

Ermənistan-Türkiyə danışıqları üzrə emissarların növbəti görüşü Türkiyədə baş tuta bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O həmçinin görüşlə bağlı tarixin hələ ki, müəyyən edilmədiyini bildirib.

Rubinyan bundan başqa sentyabrın 12-də İrəvanda iki ölkənin xüsusi nümayəndələrinin 6-cı görüşü zamanı əldə olunmuş razılaşmaların təfərrüatlarını da təqdim edəcəyini deyib.


Geri dön