Ana Sayfa > Karusel / Dünya > Ukrayna Avropaya dronları effektiv şəkildə vurmağı öyrətməyə hazırdır
Ukrayna Avropaya dronları effektiv şəkildə vurmağı öyrətməyə hazırdırDünən, 23:32. Yazar: Admin |
Ukrayna Avropa tərəfdaşları ilə dronları effektiv şəkildə vurmaqla bağlı öz təcrübəsini paylaşmağa hazırdır. Qarabaginfo.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsinin rəhbəri Yuriy İqnat bildirib. İqnat Polşa səmasında döyüş başlığı olmayan Rusiyanın “Gerber” dronlarının vurulması üsullarını şərh edib. O deyib ki, qırıcı təyyarələr üçün belə dronlar çətin hədəflərdir. “İki döyüş təyyarəsi 40 dəqiqədən çox heç nə edə bilmədi. Cəhd etdilər, amma çox vaxt itirdilər”, - o əlavə edib. Ukraynanın dronlarla mübarizədə zəngin təcrübəyə malik olduğunu qeyd edən İqnat Ukraynada Rusiyanın hava hücumları zamanı vəziyyətə uyğun olaraq müxtəlif vasitələrdən - mobil atəş qrupları, aviasiya, dron-interseptorlar, radioelektron mübarizə və s. üsullardan istifadə olunduğunu qeyd edib. İqnat vurğulayıb ki, Ukrayna Avropa müttəfiqlərinə dronları vurmağı öyrətmək üçün mütəxəssislərini təqdim etməyə hazırdır və bu təlimlər istənilən yerdə - Lvovda, Krakovda və ya başqa yerdə keçirilə bilər. Geri dön |